Bahar Muradova: “Ailə münasibətlərindəki problemləri maarifləndirmə ilə aradan qaldırmaq mümkün deyil”

Bahar Muradova: “Ailə münasibətlərindəki problemləri maarifləndirmə ilə aradan qaldırmaq mümkün deyil”

Hazırda oxunan: Bahar Muradova: “Ailə münasibətlərindəki problemləri maarifləndirmə ilə aradan qaldırmaq mümkün deyil”

213301

“Maarifləndirmə tədbirləri ilə ailə münasibətlərindəki problemləri aradan qaldırmaq mümkün deyil. Ona görə də dövlət orqanları ilə bu istiqamətdə müxtəlif fəaliyyət proqramları reallaşdırılır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu sahədə qanunverici təşəbbüslər olmalıdır:

"Erkən nikahların fəsadları ilə bağlı illərlə danışırdıq, zərərlərini də hər kəs bilirdi, amma yenə də belə hallara rast gəlinirdi. İndi qanuna bununla bağlı dəyişiklik edildi və icrasına başlanılacaq. Yəni qanunla müəyyənləşdirilməyən maarifləndirmə effektiv ola bilməz".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO