Bu gün Şuşada Vüqar Həşimov Memorialına START veriləcək

Bu gün Şuşada Vüqar Həşimov Memorialına START veriləcək

Hazırda oxunan: Bu gün Şuşada Vüqar Həşimov Memorialına START veriləcək

213224

Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq yarışın açılış mərasimi keçiriləcək.

Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.

Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.

Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.

Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO