Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə bit dərmanına qarşı aparılan dərmanlama zamanı zəhərləndiyi iddia olunan şagirdlərin hazırkı durumu açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, iki azyaşlıya dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu qoyulub:
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO
“23.09.2024-cü il tarixində 2013-cü il təvəllüdlü 2 azyaşlı (qadın cinsli) saat 15:30 radələrində yaxınları tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.
Dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu təyin edilən azyaşlılara Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və daha sonra ixtisaslı tibbi yardımların göstərilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub”.
Qurumdan azyaşlıların evə buraxıldığı qeyd edilib:
“KTM-ə təxliyə olunan azyaşlıların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri normallaşan hər iki azyaşlı həmin gün ambulator müalicə üçün evə buraxılıb”.
Günay Şahmar, Bizim.Media