Şəmkirdə 28 yaşlı qadın bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib.
1996-cı il təvəllüdlü Nailə Nəsrəddinli bədəninin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat olunub, vəziyyətinin stabil olduğu bildirilir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun bildirdiyinə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Nəsrəddinliyə kəsici-deşici alətlə daxilə keçməyən xəsarət yetirməkdə şübhəli bilinən, rayon sakini 1995-ci il təvəllüdlü Arzu Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu