Deputat Bakı-Qəbələ dəmir yolu xəttinin faydası haqda yazdı - FOTO

Deputat Bakı-Qəbələ dəmir yolu xəttinin faydası haqda yazdı - FOTO

Hazırda oxunan: Deputat Bakı-Qəbələ dəmir yolu xəttinin faydası haqda yazdı - FOTO

21268

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun mayın 15-də açılışı olub. Bununla da Bakı ilə Qəbələ arasında birbaşa dəmir yolu bağlantısı təmin edilib.

Bəs bu dəmir yolunun istifadəyə verilməsinin ölkə iqtisadiyyatına, insanlara faydası nə olacaq?

Bizim.Media xəbər verir ki, mövzuya deputat, iqtisadçı-ekspert Vüqar Bayramov münasibət bildirib.

O, qeyd edib ki, Ləki stansiyası-Qəbələ birxətli dəmir yolununun istifadəyə verilməsi paytaxtdan Qəbələyə dəmiryolu vasitəsi ilə səfər etməyə imkan yaradacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Qəbələdə dəmir yolunun açılışında - YENİLƏNİB - FOTO


“Sözügedən dəmir yolu xəttinin uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,49 km-dir. Ləki stansiyası – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90 m) və tökmələrdən (12 m) keçir”.

V.Bayramovun fikrincə, bu dəmiryolunun istifadəyə verilməsi daxili və gəlmə turizmin inkişafı baxımdan vacib hesab olunur:

“Qəbələ turistlərin ən çox səfər etdiyi rayonlarımızdandır. Turizmin inkişafı Qəbələ rayonunun iqtisadi göstəricələrinə də təsirsiz ötüşməyib. Rayonda yerləşən hotellərdə rəsmi qeydiyyatdan keçməklə qalanların sayı son 5 ildə 31 dəfə artıb.

2015-ci ildə sözügedən rayonda 5 909 nəfər hotellərdə qalmışdırsa pandemiyadan əvvəlki il bu rəqəm 186 431-dək yüksəlib. Həmin müddətdə hotellərin gəliri 393 min manatdan 30 milyon 919 min manatadək artıb. Hotellərdə nömrələrin sayı son 5 ildə 196-dan 1 127-ə çatıb. Bu da birbaşa turizm sektorunda tələbin artması ilə bağlı olub.

Turizmin inkişafı yan sahələrə də təsir edib. Belə ki, Qəbələdə son 5 ildə pərakəndə ticarət dövriyyəsi 32 % artaraq 197 milyon manata çatıb. Həmin müddətdə ictimai iaşənin dövriyyəsi 7 milyon 554 min manatdan 14 milyon 774 min manatadək yüksəlib.
 

Yeni dəmiryolu xəttinin istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq. Əcnəbi turistlərin qatarla səfərlərə üstünlük verdiyini nəzərə alsaq bu gəlmə turizminin inkişafına da xüsusi töhfə verəcək”.


Onun sözlərinə görə, Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq:

"Yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin etmiş olacaq".

Xatırladaq ki, Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun tikintisinə 2018-ci ildə başlanılıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO