Xankəndidə toyu olan bəy təəssüratlarını bölüşdü - VİDEO

Xankəndidə toyu olan bəy təəssüratlarını bölüşdü - VİDEO

Hazırda oxunan: Xankəndidə toyu olan bəy təəssüratlarını bölüşdü - VİDEO

212538

Xəbər verdiyimiz kimi Xankəndidə uzun illərdən sonra ilk toy çalınıb.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində illər sonra ilk toy edən Fərhad Kərimli təəssüratlarını Baku TV ilə bölüşüb.

Təəssüratlarının çox gözəl olduğunu deyən bəy vurğulayıb ki, Vətənin bütün torpaqları əziz olsa da, Şuşa və Xankəndi daha əzizdir:

"Həm tarixən belə olub, həm də Şuşanın uğrunda çox qan tökülüb, Xankəndinin uğrunda siyasi savaşlar gedib. Ona görə də bu torpaqlar bizim üçün çox doğmadır. Burada toy etmək çox gözəl hissdir, ilk toy etmək isə ondan da möhtəşəmdir. Bu toyu etmək üçün kimlər şərait yaradıbsa, kimlər bu torpaqları alıbsa, kimlərin əməyi keçibsə, hamısına könüldən təşəkkür edirik".

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO