Bərdə-Yevlax yolunda sahibsiz itləri kim ZƏHƏRLƏYİB?

Bərdə-Yevlax yolunda sahibsiz itləri kim ZƏHƏRLƏYİB?

Hazırda oxunan: Bərdə-Yevlax yolunda sahibsiz itləri kim ZƏHƏRLƏYİB?

212358

Bərdə-Yevlax yolunda sahibsiz itlərin zəhərlənərək öldürülməsi ilə bağlı dəhşətli görüntülər yayılıb. Sosial şəbəkələrdə yer alan videoda sözügedən ərazidə yerləşən "Qarabağ" kafesinin qarşısında itlərə zəhər verildiyi iddia olunur. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hazırda məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Yevlax Rayon İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, onlara bununla bağlı hər hansı məlumat daxil olmayıb.

Rayon ərazisində sahibsiz itlərlə bağlı hansı tədbirlərin görülməsi haqqında suala isə qurumdan cavab verilməyib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO