Telefondan asılı qalan UŞAQLAR – Valideynlər nə etməlidir?

Telefondan asılı qalan UŞAQLAR – Valideynlər nə etməlidir?

Hazırda oxunan: Telefondan asılı qalan UŞAQLAR – Valideynlər nə etməlidir?

212177

İndi oyuncaqlara oynayan uşaqlara nadirən rast gəlinir. Telefon onlar üçün əsas və ən əyləncəli oyuncağa çevrilib. Uşaqlar da telefondan ən az böyüklər qədər istifadə edirlər. Hətta sosial şəbəkə istifadəçisi olanların sayı da çoxdur. 

Mütəxəssislər hər zaman deyirlər ki, telefondan istifadənin ən təhlükəli tərəfi sosial şəbəkələrdir. Bəzi valideynlər də uşaqlarını telefondan uzaqlaşdırmağa çox da meyilli deyillər. Əksinə kiçik yaşlardan telefon hədiyyə edirlər. Bu da cəmiyyətdə birmənalı qarşılanmır. Uşaqların telefondan istifadəsi barədə düşüncələr şaxəlidir. 

“Uşaqların telefondan istifadəsi müzakirə mövzusu olmamalıdır”
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqların sosial mediadan istifadə məsələsi yenidən gündəmdə: NƏLƏRİ DƏYİŞMƏK OLAR?


Sosioloq Əfsanə Rüstəmova Bizim.Media-ya bu barədə fikirlərini bildirib. 

“Telefonlar yanımızda olmayan insanlarla rabitə qura bilək deyə yaradılan cihaz idi, amma indi bu telefonun ən az istifadə etdiyimiz funksiyasıdır. Ona görə, uşaqların da həyatında telefonun olmağı çox təbii, normaldır, həyat axışının gətirdiyi nəticədir. Çünki artıq məktəblərin ev tapşırıqları da daha çox onlayn üzərindən araşdırmalar etmək və onların prezentasiyalarını hazırlamaq üzərində olur. Ona görə də, uşaqların telefondan istifadəsinin nə dərəcədə doğru olması müzakirə predmenti olmamalıdır. Biz daha çox telefonu necə daha faydalı istifadə edə biləcəyimizi düşünməliyik və uşaqlarımıza bunu aşılamalıyıq”.

Valideynlər uşaqlara örnək kimi...

Əfsanə Rüstəmovanın sözlərinə görə, uşaqlarının telefondan doğru istifadə etməsini istəyən valideynlər birinci özləri buna riayət etməlidirlər. 

“Uşaqların yaş dövrünü və maraqlarını müşahidə etmək lazımdır. Hər yaş dönəminin özünə uyğun maraqları var. Uşaqlar o maraqları telefon olmayanda da necəsə təmin edirdilər. İndi də telefon vasitəsilə təmin edirlər. Burdakı əsas məsələ uşaqlara telefonu verənə qədər onlara doğru dəyərləri aşılaya bilməkdir. Biz sahib olduğumuz ailə dəyərlərimizi, xüsusiyyətlərimizi, ənənələrimizi övladlarımıza vaxtında və doğru şəkildə aşılamalıyıq. Bunu öyüd və nəsihətlə yox, daha çox örnəklərlə, davranışlarımızla, ifadə üslublarımızla öyrətməliyik. Çünki uşaqlar daha çox obrazlı örnəklərə meyillidirlər. Ona görə, biz özümüzün telefondan hansı məqsədlərlə, nə qədər intensivlikdə istifadə etdiyimizi müşahidə etsək, bilərik ki, uşaqlarımız müəyyən müddət sonra telefondan hansı məqsədlə və neçə müddət istifadə edəcəklər. Əslində bir növ həyat uşaqlarımızı bizə güzgü kimi göstərir. Sən bir dönəm əvvəl necə davranmısansa, uşağın da bir dönəm sonra elə davranacaq”. 

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı - bəndinə uyğun olaraq hazırlanıb.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO