Məhkum yoldaşını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Məhkum yoldaşını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Məhkum yoldaşını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

212050

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi başlayıb.

Bizim.Media xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilib.

Məhkəmə istintaqın yekunlaşdığını bəyan edib və çıxışlar mərhələsinə keçilib.

Məhkəmədə Dövlət ittihamçısı çıxış edərək Azər Şalıyevin 16 il azadlıqdan məhrum edilməsini istəyib.

Azər Şalıyevin vəkili çıxış üçün vaxt istəyib.

Bu səbəbə görə, iclas 2 oktyabr tarixinə təxirə salınıb.

Qeyd edək ki, hər iki şəxs eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ağır xəsarət yetirib.

Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, hər iki şəxs ölüm işi ilə məhkumluq həyatı yaşayırdı. Belə ki, təqsirləndirilən şəxs Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş şəxs Şəhriyar Baxışəliyevin isə 3 ilə yaxın qalıb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO