I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən AKTİVLƏŞDİRİLDİ

I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən AKTİVLƏŞDİRİLDİ

Hazırda oxunan: I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən AKTİVLƏŞDİRİLDİ

212017

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 15 oktyabr 2024-cü il saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. Qeyd edilən tarixə qədər övladları üçün mektebebqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edilib ki, bu günə qədər I sinfə 132 931 nəfər, məktəbəhazırlıq qruplarına isə 90 672 nəfər uşaq qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO