Geomaqnit qasırğası nə vaxtadək davam edəcək? – FOTO

Geomaqnit qasırğası nə vaxtadək davam edəcək? – FOTO

Hazırda oxunan: Geomaqnit qasırğası nə vaxtadək davam edəcək? – FOTO

211833

Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək. 

Bu barədə Bizim.Media-ya BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. 

Qeyd olunub ki, Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb. 

Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günota saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək. 

Geomaqnit qasırğa yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enliklərdə G1 səviyyəsində hiss olunur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO