Nazim Bəydəmirliyə 9 il həbs cəzası İSTƏNİLDİ

Nazim Bəydəmirliyə 9 il həbs cəzası İSTƏNİLDİ

Hazırda oxunan: Nazim Bəydəmirliyə 9 il həbs cəzası İSTƏNİLDİ

211740

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror Nazim Bəydəmirlinin 9 il azadlıqdan məhrum edilməsini istəyib. 

Təqsirləndirilən şəxsin vəkili mobil operatorlardan zənglərin soyahısının çıxarılmasını və müstəntiqlərin dindirilməsini vəsatət qaldırıb. 

Məhkəmə vəsatətləri əsassız sayıb. 

Bununla da, Nazim Bəydəmirli  müdafiə hüququndan imtina edərək, susmaq hüququndan istifadə edəcəyini bildirib. O, müdafiə hüququndan da imtina etdiyini bildirib. Məhkəmə bu istəyin qanunvericiliyə zidd olduğu üçün əsassız sayıb. 

Məhkəmə istintaqı yekunlaşıb. Məhkəmənin növbəti iclası 30 sentyabra təyin olunub.  

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
 

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib.


O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO