Dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə selsi yüksələ bilər

Dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə selsi yüksələ bilər

Hazırda oxunan: Dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə selsi yüksələ bilər

21166

“İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panelin (IPCC) Ekspertlər Qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması əsasən antropogen amillərlə bağlıdır”

Bizim.Media-nın məlumatına görə, bunu jurnalıstlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sektor müdiri Fuad Hümbətov bildirib.

O qeyd edib ki, istixana qazlarının emissiyalarının azaldılması ilə bağlı heç bir tədbir görülməzsə, XXI əsrdə dünyanın orta illik temperaturu ən azı 3-4 dərəcə selsi yüksələ bilər:

“12 dekabr 2015-ci ildə imzalanmış İqlim Dəyişmələri üzrə Paris Razılaşmasında bütün ölkələr qlobal temperaturun artım səviyyəsinin sənaye dövründən əvvəlki göstərici ilə müqayisədə 2 dərəcə C keçməməsini təmin etmək və ciddi riskləri nəzərə alaraq, bu göstəricinin 1.5 dərəcə C-dən aşağı olması üçün tədbirlər görmək barədə razılığa gəlib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO