Bu gün Azərbaycanda yeni tədris ili başlayır. Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261 uşaq qəbul olunub. Həmin uşaqlar arasında uşaq evlərinin sakinləri də var.
Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinlərindən 7 nəfər uşaq bu gün birinci sinfə gedib.
MÖVZU İLƏ BAĞLI:
Birincilərin Bilik Günü həyəcanı – FOTOREPORTAJ
I sinfə gedən uşaq evinin azyaşlı sakinlərini Agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllar müşayiət edərək məktəbə aparıblar.
Ahıllar məktəbliləri ilk dərs günü münasibətilə təbrik edib, onlara gələcək məktəb həyatında uğurlar arzulayıblar.
Günay Şahmar, Bizim.Media