"Bu il ölkəmizin ümumtəhsil müəssisələrinə 133 000-dən artıq şagird birinci sinifə gedəcək. Bu gün onlar üçün xüsusilə əlamətdardır".
Bizim.Media xəbər verir ki, bu fikirləri İdras İsayev 53 nömrəli məktəbdə yeni tədris ilinin açılışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Birincilərin Bilik Günü həyəcanı – FOTOREPORTAJ
Təhsil naziri müavini Azərbaycanda təhsil müəssisələrinin infrastrukturuna xüsusi önəm verildiyini vurğulayıb.
"Ölkəmizdə təhsil infrastrukturu yenilənir. Bizim təhsil müəssisələrimizin demək olar ki, 80 faizi yenilənib. Hər il məktəblərdə əsaslı təmirlər olunur. Bu il də ölkəmizdə 29 ümumtəhsil müəssisəsi tikilib istifadəyə verilib. 83 ümumtəhsil müəssisəsi tikilməkdədir. 37 ümumtəhsil müəssisəsi layihələndirilib. 670-dən artıq ümumtəhsil müəssisəsi cari təmir olunub".
Nuray, Səid Qurbanov, Bizim.Media