Metrostansiyalara zibil yeşikləri qoyulacaq? – Rəsmi AÇIQLAMA

Metrostansiyalara zibil yeşikləri qoyulacaq? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Metrostansiyalara zibil yeşikləri qoyulacaq? – Rəsmi AÇIQLAMA

211310

“Stansiyalarda zibil yeşiklərinin qoyulmaması məhz təhlükəsizliklə bağlı məsələdir. Bizə sərnişinlərin təhlükəsizliyi digər məsələlərdən daha vacibdir”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, Bakı metrosu təmziliyinə görə dünyada qabaqcıl yerdədir:

“Zibillərin olması mövsümü olaraq da dəyişə bilir. Məsələn, yay dövründə içkilərə görə plastik və şüşə qabların atılması halları çox olur. Lakin “Bakı Metropoliteni” təmizliyinə görə dünyada ən qabaqcıl nəqliyyat vasitələrindən biridir və bu məsələyə xüsusi diqqət yetirilir. Çünki sanitariya vəziyyətinin normal şəraitdə olması hər bir sərnişinimiz, o cümlədən, metro işçilərinin sağlamlığı deməkdir. Zibil qabları olmasa da, təmzilik həmişə olub və olacaq”.

Günay Şahmar, Səid Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO