““Bakı Metropoliteni”nə 3 il ərzində 13 yeni qatar və yaxud 65 vaqon, 2024-cü il ərzində isə 7 qatar gətirilməlidir. Hazırda 2 qatar Bakıya çatdırılıb.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, yeni qatarlar noyab-dekabr aylarında xəttə çıxarılacaq:
“Qatarlar bir qayda olaraq, 2 qatar olmaqla gətirilir. İki qatar da tənzimləmə sınaq işlərinin başlaması, müvafiq sənədləşmə prosedurları başa çatdıqdan sonra xəttə buraxılır. Noyabr-dekabr aylarına qədər gətiriləcək 7 qatarların hər biri xəttə buraxılacaq. Bununla da demək olar ki, Həzi Aslanov – Dərnəgül istiqamətində qatarların böyük hissəsini yeni nəsil qatarlar təşkil edəcək”
Günay Şahmar, Səid Qurbanov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:29 / 13.09.2024
“Bakıya gətirilən yeni qatarlar noyabrda xəttə buraxılacaq”- METROPOLİTEN
Hazırda oxunan: “Bakıya gətirilən yeni qatarlar noyabrda xəttə buraxılacaq”- METROPOLİTEN
Hazırda oxunan: “Bakıya gətirilən yeni qatarlar noyabrda xəttə buraxılacaq”- METROPOLİTEN
211303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.