Zaqatalada autizmli uşağın döyülməsi ilə bağlı yeni DETALLAR – ÖZƏL - FOTO

Zaqatalada autizmli uşağın döyülməsi ilə bağlı yeni DETALLAR – ÖZƏL - FOTO

Hazırda oxunan: Zaqatalada autizmli uşağın döyülməsi ilə bağlı yeni DETALLAR – ÖZƏL - FOTO

211276

Ötən gün sosial şəbəkələrdə Zaqataladan olan 3 yaşlı autizm xəstəli uşağa reablitasiya mərkəzlərindən birində şiddət göstərilməsi barədə fikirlər səsləndirilib.

Bizim.Media-nın yerli bürosu iddialara yerindəcə aydınlıq gətirməyə çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada DƏHŞƏT: Xəstə uşağı Psixoloji Reabilitasiya Mərkəzində döydülər - VİDEO


3 yaşlı körpənin anası Vəfa Həsənova Bizim.Media-ya açıqlamasında autizm xəstəsi olan övladının Zaqataladakı reabilitasiya mərkəzində şiddətə məruz qaldığını deyib.


Ana övladını autizmdən əziyyət çəkdiyi üçün bir müddət əvvəl Zaqatala şəhərində yerləşən reabilitasiya mərkəzinə müalicə üçün gətirdiyini qeyd edib. Valideyn iddia edir ki, mərkəzdə müalicə zamanı onun övladına qarşı şiddət göstərilib. O, bunun iyul ayında baş verdiyini, kadrların ondan gizlədildiyini və indi əldə etdiyi üçün şikayətçi olduğunu bildirib:

“Övladımı 9 aydır reablitasiiya mərkəzinə təlimə aparıram. Uşağın hərəkətlərindən və 19 iyuldən əvvəl şübhələrim vardı. Qızım Xədicə Həsənzadə özbaşına davranış göstərirdi, üzünə öz əlləri ilə çırpırdı. Mən müəlliməni pəncərədən izlədim və gördüm ki, uşağın ayağına şillə vurur. Mərkəzin müavini Fatma xanıma yaxınlaşdım və müəllimin uşağıma şillə vurduğunu dedim. Hətta hadisənin kameralarda da əks olunduğunu söylədim. Fatma xanım tədbir görəcəklərini bildirdi. Axşam isə mərkəzin rəhbəri Sevinc Məmmədova mənə zəng vurub “uşaq irəliləyib, heç yerdə kimsəyə heç nə demə, biz yoluna qoyarıq. Mən İlahəni işdən çıxardacağam” dedi. Bir gün İlahəni işdən çıxartdı. 20 iyul tarixdə biz videokameralara baxanda gördük ki, təkcə Xədicənin dizinə şillə vurulmayıb, qızımın əliylə dəfələrlə üzünə vurub və öz əlləri ilə Xədicəni fiziki işgəncəyə məruz qoyub”.

Məsələni araşdırmaq üçün reabilitasiya məkəzində olduq. Mərkəzin direktoru bildirdi ki, həmin görüntülər sürətləndirilmiş şəkildə yayıldığından həqiqəti əks etdirmir:


“Əsl görüntülər şikayətdən sonra aidiyyəti qurumlara təqdim olunub. Həmin video bütün müvafiq orqanlara təqdim olunub. İstər prokurorluq, istər daxili işlər orqanlarında məsələ araşdırılıb və cinayət tərkibi tapılmayıb. Bununla da iş bağlanıb”.

Sevinc Məmmədovanın iddiasına görə uşağın anası Vəfa Həsənova ona zəng edərək pul müqabilində hədələyib:

“Dedi ki, əgər mənə pul verməsəniz biz sizi biabır edəcək, haqqınızda olan görüntüləri paylaşacağıq. Həmin görüntülər 2X sürətilə paylaşılıb. Valideynləri qınamıram. Çünki sürətli görüntülər həqiqətən döymə kimi görünür. Əsl görüntülər əlimizdə var, kim istərsə təqdim edə bilərik”, - deyə mərkəzin rəhbəri fikrini tamamlayıb.

Azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı sorğumuza Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimovun münasibəti isə belə olub:


“Qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Müvafiq ekspertiza təyin olunub. Həmin hərəkətlərin müalicə proseduru və yaxud zoraklıq olduğu ekspertizanın rəyindən sonra məlum olacaq”.

Valideynin iddialarından biri də zorakılıq edən müəllimənin işə davam etməsidir. Məkəzin rəhbəri isə heç bir zorakılığın olmadığına görə həmin müəllimənin də işinə davam etdiyini, hüquq mühafizə orqanlarının araşdırmasından sonra hər şeyin aydın olacağını bildirib.

Hazırda Zaqatala rayon polis idarəsində məsələ ilə bağlı araşdırmalar davam etdirilir.









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO