Bu tarixlərdə Bakı metrosunun iş rejimi DƏYİŞDİRİLƏCƏK

Bu tarixlərdə Bakı metrosunun iş rejimi DƏYİŞDİRİLƏCƏK

Hazırda oxunan: Bu tarixlərdə Bakı metrosunun iş rejimi DƏYİŞDİRİLƏCƏK

211259

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək.

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, QSC yarış təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.

Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq. Şənbə və bazar günlərinə keçən gecələr metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO