Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

Hazırda oxunan: Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

211217

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, növbəti monitorinqlər zamanı şəhərin Tağı Arani küçəsində ümumi istifadədə olan torpaq sahəsinin zəbt edildiyi məlum olub.

Burada müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyri-yaşayış obyekti aşkarlanıb. Həyata keçirilən qanunamüvafiq tədbirlərlə işlər dayandırılaraq, yarımtikilinin söküntüsü təmin edilib.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO