Sürücüsüz taksilər Bakıda – Onlardan necə istifadə etmək olar? – FOTO

Sürücüsüz taksilər Bakıda – Onlardan necə istifadə etmək olar? – FOTO

Hazırda oxunan: Sürücüsüz taksilər Bakıda – Onlardan necə istifadə etmək olar? – FOTO

211144

Bakıda yeni sürücüsüz taksi xidməti “City car” fəaliyyətə başlayıb. Artıq şəhərin müxtəlif ünvanlarında bu avtomobillərə rast gəlmək olar.

İstifadə qaydaları necədir?

Qeyd edək ki, bu avtomobillərdən icarə əsasında 2 illik sürücülük təcrübəsi olan istənilən vətəndaş istifadə edə bilər. Onu icarəyə götürən şəxs avtomobillə istədiyi ünvana gedir və orada avtomobili park edir. Yəni avtomobili icarəyə götürdüyü yerə qaytarmaq lazım gəlmir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslər taksi fəaliyyəti göstərə bilməyəcək - VİDEO


Avtomobili idarə etmək üçün tətbiqdə qeydiyyatı aktivləşdirdikdən sonra qapılar açılır. Bundan sonra avtomobilin üzərindəki açarla maşını işə salıb hərəkət etmək mümkündür.

Bu avtomobillər həm benzinlə, həm də elektriklə çalışır. İcarədar bu seçimdə azaddır. 

Burada yanacaqdoldurma məsələsi də maraqlıdır. 

“City car” tətbiqinə daxil olmaqla icarəyə götürdüyünüz avtomobilin nə qədər yanacaq və yaxud nə qədər enerjisi olduğunu öyrənə bilirsiniz. Bundan əlavə, avtomobilləri yanacağı, yaxud enerjini istifadə edən şəxslər yox, şirkətin əməkdaşları edirlər. 

Bəs qiymət necə tənzimlənir?

“City car”dan Bizim.Media-ya bildirilib ki, icarədarlar üçün 2 cür qiymət müəyyən edilib:

“Elektrik avtomobillərin icarə haqqı 1 dəqiqə üçün 40, benzinlə işləyən avtomobillər üçünsə 45 qəpikdir. Bundan əlavə, tətbiqə daxil olarkən yerli sifarişçi 10, əcnəbi isə 200 manat depozit qoyur. Yerli müştərinin depoziti sifariş başa çatana, əcnəbi vətəndaşınsa depoziti  14 iş gündə geri qaytarılır. Əcnəbilərin depoziti ona görə gec qaytarılır ki, onun hansısa bir cəriməsinin olub-olmadığını araşdırırıq”. 

Avtomobillərin harda park edildiyini öyrənmək üçün “İnstagram” üzərindən “City car”səhifəsinə daxil olub və avtomobillərin hansı ünvanda dayandığını görmək mümkündür”.






Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO