40-dan çox bağça müdiri işdən çıxarıldı - Bu nöqsanları olub

40-dan çox bağça müdiri işdən çıxarıldı - Bu nöqsanları olub

Hazırda oxunan: 40-dan çox bağça müdiri işdən çıxarıldı - Bu nöqsanları olub

211138

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Dövlət Agentliyindən Bizim.Media-ya verilən xəbərə görə, vətəndaş və valideyn müraciətləri əsasında bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:

-təşkilati-sənədləşmə işlərinin,

-uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;

-davamiyyətin aşağı olması;

-prosesə nəzarətin düzgün təşkil edilməməsi;

-uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi;

Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO