Xəbər verdiyimiz kimi, Şəkinin Qudula kənd sakini 1956-cı il təvəllüdlü Nəşad Nizaməddin oğlu Cumayev qoz ağacından yıxılaraq dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu mərhumun fotolarını əldə edib.
MÖVZU İLƏ BAĞLI:
Şəkidə 68 yaşlı kişi ağacdan yıxılaraq həyatını itirdi
Nəşad Cumayevin qardaşı oğlu Əfqan Cumayev saytımıza bildirib ki, o, illər boyu həyətində qoz ağacları yetişdirib, məhsulu ilə ailəsini dolandırırdı.
Xatırladaq ki, ötən gün Şəkinin Qudula kənd sakini 68 yaşlı Nəşad Cumayev həyətində olan qozu yığmaq üçün ağaca çıxıb. O əvvəlcə ən hündür ağaca çıxaraq ağacın budaqlarını silkələyib. Daha sonra növbəti qoz ağacının üstünə çıxaraq budaqlarını silkələməyə başlayıb. 68 yaşlı sakin özünün silkələdiyi ağacın budağı sınıb və o, müvazinətini saxlaya bilmədiyindən 11 metr hündürlükdən yerə çırpılıb. Ailə üzvləri, qonşular xəsarət alan adama kömək etmək istəsələr də, mümkün olmayıb. Nəşad Cumayev həkim gələnə kimi vəfat edib. Baş vermiş bədbəxt hadisənin təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu