Xəstəxanada növbəyə görə həmyerlisini döyən şəxsə cəza verildi

Xəstəxanada növbəyə görə həmyerlisini döyən şəxsə cəza verildi

Hazırda oxunan: Xəstəxanada növbəyə görə həmyerlisini döyən şəxsə cəza verildi

210940

Goranboy Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İdris Nəsibzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2000 manat cərimə cəzası təyin olunub.

İttihama görə, hadisə 24 may 2024-cü il tarixdə, saat 11 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin dəhlizində qeydə alınıb.

Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü İdris Nəsibzadə həmyerlisi, zərərçəkmiş Bayram Nuruzadə (şərti) ilə mübahisə edib. Mübahisəyə həkim qəbuluna növbə səbəb olub. Bu zaman o, zərərçəkmiş şəxsin ünvanına söyüş söyərək, hər iki əli ilə onun yaxasından tutub itələyərək yerə yıxıb. Sonra İdris Bayramı döyərək ona xəsarət yetirib. Hadisədən sonra İdris Nəsibzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO