“Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir”.
Bizim.Media xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayev
O, belə halların olduğunu qeyd edib:
“Məktəb direktorları, valideynlərlə siz görüşürsünüz, siz onlara lazım olan mesajı çatdırırsınız. Bu halda siz həmin mesajı necə çatdırırsınız? Mən istəyərdim ki, biz bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq”.
Bizim.Media