Müdafiə naziri azad olunmuş ərazilərə getdi - FOTOLAR

Müdafiə naziri azad olunmuş ərazilərə getdi - FOTOLAR

Hazırda oxunan: Müdafiə naziri azad olunmuş ərazilərə getdi - FOTOLAR

21079

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) bölmələrindən birində olub.

Bizim.Media xəbər verir ki, Nazirlikdən bildirilib ki, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan Müdafiə naziri ərazidə döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinə baxış keçirib.

Müdafiə naziri döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın daha etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO