Azərbaycanda mərkəz direktoru cərimələndi — FOTO

Azərbaycanda mərkəz direktoru cərimələndi — FOTO

Hazırda oxunan: Azərbaycanda mərkəz direktoru cərimələndi — FOTO

210704

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Caləlov cərimələnib. 

Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Mirələm Caləlova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb. 

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Mirələm Cəlalov dövlət qurumunun qərarında məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Elməddin Hüseynovun icraatındadır. 

Mirələm Cəlalov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2023-cü ildən rəhbərlik edir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO