Füzulidə ağır QƏZA: Ölən və yaralananlar var – FOTO/VİDEO

Füzulidə ağır QƏZA: Ölən və yaralananlar var – FOTO/VİDEO

Hazırda oxunan: Füzulidə ağır QƏZA: Ölən və yaralananlar var – FOTO/VİDEO

210618

Füzuli rayonda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1981-ci il təvəllüdlü Elgün Bəylərov həyatını itirdiyi hadisə “Toyota” və "VAZ" markalı minik maşınlarının toqquşması nəticəsində baş verib. 

Qəza zamanı "Toyota"nın sürücüsü, 1990-cı il təvəllüdlü Şükürov Nicat Qafar oğlu və onun sərnişini, 1981-ci il təvəllüdlü İsmayılov Səlim Mərdan oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı Füzuli rayon polis şöbəsində araşdırma aparılır. 



Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO