“İstisu”yu necə içmək lazımdır? - Hansı xəstələrə bu su ziyandır?

“İstisu”yu necə içmək lazımdır? - Hansı xəstələrə bu su ziyandır?

Hazırda oxunan: “İstisu”yu necə içmək lazımdır? - Hansı xəstələrə bu su ziyandır?

210444

“İşğaldan öncə Kəlbəcərdə “İstisu” sanatoriyasında həkim işləmiş Şahin Cəfərovla  danışdım. Doktor deyir ki, bu müalicəvi suyu əsasən mədə, öd, qaraciyər, mədəaltı vəz, bağırsaq, böyrək problemlərində içirlər. Xəstəlikdən asılı olaraq su 15,21, bəzən isə 30 günədək içilə bilər. Onu daimi hər gün uzun müddət içmək məsləhət deyil”.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Səadət Məmmədova özünün “Facebook” hesabında paylaşım edib.

Qeyd edilib ki, mədə turşuluğu yüksəkdirsə, suyu yeməkdən 30 dəqiqə əvvəl 200-250 qr. içmək məsləhətdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə İstisu Mineral su zavodunun AÇILIŞI OLDU - FOTO


Əgər insanda mədə turşuluğu aşağıdırsa, bu zaman yeməkdən 10 dəqiqə əvvəl içilməsi kifayətdir. Əgər mədədə qıcqırma, yanma halları olarsa yeməkdən 40-45 dəqiqə sonra da yarım stəkan içmək olar. Əgər insandakı problem qaraciyər, öd, mədəaltı vəz, bağırsaqlarla bağlıdırsa, yeməkdən yarım saat öncə içmək məsləhətdir. Böyrək problemlərində də həmçinin 30-40 dəq. yeməkdən öncə içilsə yaxşı olar:

“Şahin doktor deyir ki, “İstisu” içilən kimi fayda verməyə bilər. Onun orqanizmə təsiri 20 gün, bəzən bir ay sonra müşahidə edilir. Yəni, içərkən dərhal dəyişiklik görməsəniz, narahat olmayın, müalicəvi sxemlə içməyə davam edin, faydasını sonra mütləq görəcəksiniz.

Doktor izah edir ki, qaydaya görə “İstisu”yun qazı emal zamanı xüsusi qaydada çıxarılır və qablaşdırılarkən onun içinə vurulur. Biz mağazadan onu alıb içəndə öncə qazının çıxmasını gözləsək yaxşı olar. Və xüsusi bir məqam da budur ki, “İstisu” ilıq halda içilməlidir.

Şüşənin üstünə yazılıb ki, ağzı açıldıqdan sonra 0+6 dərəcədə saxlanmalıdır. Deməli soyuducuya qoysaq, öncədən çıxarıb ilıqlanmasını gözləməliyik, sonra içməliyik.

Şahin doktor məsləhət görür ki, müalicəvi sxemlə (15,21,30 gün) “İstisu”yu içdikdən sonra bir qədər ara verin. Uzun müddət davamlı içməyin. Amma arada bir qonaqlıqda, məclislərdə süfrədə qoyulubsa içə bilərsiniz. Hər gün 3 dəfə rejimini uzun müddət etmək olmaz”.

Böyrək daşı olan insanların USM  müayinəsı keçib daşın yerini və ölçüsünü bilmələri vacibdir ki, daş axarkən narahatlıq, fəsad törətməsın. Daş elə yerdə ola bilər ki, “İstisu” içmək məsləhət görülməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO