Direktorla müəllim arasında DAVA - Təcili yardım çağırıldı

Direktorla müəllim arasında DAVA - Təcili yardım çağırıldı

Hazırda oxunan: Direktorla müəllim arasında DAVA - Təcili yardım çağırıldı

210347

Ötən tədris mövsümünün sonundan etibarən qalmaqallı xəbərlərlə gündəmə gələn 25 saylı 11 illik musiqi məktəbində daha bir hadisə yaşanıb.

Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında məktəbin yeni təyin edilmiş direktoru ilə pedaqoji heyət arasında növbəti dəfə qalmaqal yaranıb.

Bildirilir ki, müəllimlərdən birinin ürəyi gedib və musiqi məktəbinə təcili tibbi yardım çağırılıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, 06.09.2024-cü il tarixində saat 11 radələrində 25 nömrəli musiqi məktəbindən quruma çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və 61 yaşlı şəxsə (qadın cinsli) qan təzyiqi ilə əlaqədar yerində yardım göstərilib".

Məktəblə əlaqə saxlanılsa da, zənglərə cavab verən olmayıb.

Qeyd edək ki, may ayında da sözügedən musiqi məktəbində direktor Becan Hüseynovla qadın müəllimlərdən biri arasında yaranan mübahisədən sonra pedaqoqun üstünə təcili tibbi yardım çağırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO