İstirahət günlərində milli parklarda hava necə OLACAQ?

İstirahət günlərində milli parklarda hava necə OLACAQ?

Hazırda oxunan: İstirahət günlərində milli parklarda hava necə OLACAQ?

210274

İstirahət günlərində, sentyabrın 7-8-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Göygöl milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. 

Lakin 7-də gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq. 
 

Şahdağ milli parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq. 


Altıağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-25° isti olacaq. 

Samur-Yalama milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-29°isti olacaq. 

Şirvan milli parkında sabit, yağmursuz hava şəraiti gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. 

Ağgöl milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 29-31° isti olacaq. 
 

Qızılağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 28-30° isti olacaq. 


Hirkan milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-30° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO