Sabah 32 dərəcə isti olacaq - PROQNOZ   

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ   

Hazırda oxunan: Sabah 32 dərəcə isti olacaq - PROQNOZ   

21015

Mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 23-28 isti, Bakıda gecə 14-16 isti, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 45-20 faiz olacaq.

Mayın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 isti, gündüz 27-32 isti, dağlarda gecə 6-11 isti, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

Mayın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO