Şəhərdə mal-qara saxlayanlar – Qonşular onlardan şikayət edə BİLƏRMİ?

Şəhərdə mal-qara saxlayanlar – Qonşular onlardan şikayət edə BİLƏRMİ?

Hazırda oxunan: Şəhərdə mal-qara saxlayanlar – Qonşular onlardan şikayət edə BİLƏRMİ?

210124

Ölkə əhalisinin məşğuliyyətləri arasında kənd təsərrüfatı mühüm yer tutur. Bir çox insan əkin işləri, maldarlıqla məşğul olur və çox vaxt bunun üçün özlərinə məxsus həyətyanı sahələrdən istifadə edirlər. Ancaq nəzərə almaq lazımdır ki, yüzlərlə toyuq-cücə, müxtəlif ev heyvanı saxlayan sahibkarlar yaşayışın olduğu evlərə yaxın ferma qurarlarsa, heyvanların səsi, qoxusu və s kimi səbəblər qonşular üçün narahatlıq yarada bilər. Ələxüsus da bu, şəhərdə və şəhərtipli qəsəbələrdə, çoxmərtəbəli binaların yaxınlığına aid olarsa...

Bu zaman qonşuların nə kimi haqları var? Ümumiyyətlə, belə yerlərdə ferma yaratmağın hansı hüquqi məsuliyyətləri var?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ət nə vaxt UCUZLAŞACAQ? – AÇIQLAMA


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Əkrəm Həsənov suallarımızı cavablayıb. O vurğulayıb ki, bu məsələdə önəmli məqam torpağın təyinatıdır

“Əgər kənd təsərrüfatı təyinatlı torpaqdırsa, orada əkinçiliklə, maldarlıqla, quşçuluqla məşğul olmaq olar, heyvanların səsinin isə qarşısı alına bilməz, çünki ora kənd təsərrüfatı təyinatlı torpaqdır. Ancaq əks halda saxlanıla bilməz”. 

Bəzi hallarda heyvanlar qonşuluqdakı həyətlərə keçib maddi ziyana səbəb ola bilir. Bəs belə hallar necə tənzimlənir?

“Heyvanların olduğu həyətdən qonşuların həyətinə onların razılığı olmadan  heyvan keçərsə, onlara nəsə maddi ziyan vurularsa, torpaq kənd təsərrüfatı təyinatlı olsa belə, ziyan çəkən qonşu həmin sahibkarı məhkəməyə verə, vurulan maddi  ziyanın əvəzini tələb edə bilər. Həmçinin, torpaq dövlət torpağıdırsa, dövlət  sahibkarı cərimələyə bilər”.

Müsahib sonda deyib ki, kənd təsərrüfatı təyinatlı olmayan ərazidə saxlanılan heyvanların yaratdığı narahatlıqlardan isə qonşular şikayət edə bilər:

Qeyd edək ki, şəhərdə və şəhərtipli qəsəbələrdə, çoxmərtəbəli binaların yaxınlığında iri və xırdabuynuzlu heyvanların səllim buraxılması qadağandır.

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO