Cinsi performans artıran dərmanlarla bağlı MONİTORİNQ – Nöqsanlar AŞKARLANDI – FOTO

Cinsi performans artıran dərmanlarla bağlı MONİTORİNQ – Nöqsanlar AŞKARLANDI – FOTO

Hazırda oxunan: Cinsi performans artıran dərmanlarla bağlı MONİTORİNQ – Nöqsanlar AŞKARLANDI – FOTO

210107

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhərində fəaliyyət göstərən bioloji aktiv qida məhsullarının (BAQM) satışını həyata keçirən apteklərdə monitorinqlər keçirib.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, monitorinqlər çərçivəsində 29 ədəd BAQM-dan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında tərkibində qadağan olunmuş kənar maddələrin təyini üzrə müayinələrə cəlb edilib.

Müayinələr nəticəsində iki şirkətin idxal etdiyi 3 məhsul nümunəsində BAQM-a xas olmayan və yalnız dərman vasitələrində mövcud olan kənar maddələr aşkar edilib.

Bununla əlaqədar, uyğunsuzluq aşkar edilmiş məhsulları idxal edən müəssisələrdə Agentlik tərəfindən yoxlamalar keçirilib. Belə ki, “Kenzo Man” və “Sessoday” əmtəə nişanlı məhsulları idxal edən “Bion Medical” MMC-də keçirilmiş plandankənar yoxlama zamanı sınaq nəticələrində uyğunsuzluq aşkar edilib və anbarda mövcud olan 1 046 ədəd “Sessoday” əmtəə nişanlı BAQM-ın satışının qadağan edilməsi, həmin məhsulların dövriyyədən çıxarılması və aptek şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib və icra üçün sahibkara təqdim olunub, sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb.

Eyni zamanda "Klavin Platinum" əmtəə nişanlı məhsulu idxal edən “Miral” MMC-də Agentlik tərəfindən plandankənar yoxlamanın aparılması üzrə prosedurlar icra olunmaqdadır.

Bundan əlavə, Agentlik tərəfindən aptek şəbəkələrinin rəhbərlərinə bu məhsulların satışdan kənarlaşdırılaraq idxalçı (təchizatçı) müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

Uyğunsuzluq aşkar edilmiş məhsullar aşağıdakılardır:










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO