Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.
Bizim.Media-nın məlumatına görə, müraciətdə bildirilib ki, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlı ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar sabahdan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:46 / 05.09.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq
Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq
Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq
210088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.