Şəki sakini VII əsrə aid gümüş sikkələri satmaq istədi – Saxlanıldı – FOTO

Şəki sakini VII əsrə aid gümüş sikkələri satmaq istədi – Saxlanıldı – FOTO

Hazırda oxunan: Şəki sakini VII əsrə aid gümüş sikkələri satmaq istədi – Saxlanıldı – FOTO

210044

Qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini Bəhram Abdurahmanov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 
 

Bildirilib ki, ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub. Ekspertizaların da rəylərinə əsasən həmin predmetlərin VII əsrdə pul vahidi kimi istifadə edilən və Azərbaycanın milli mədəni irs siyahısına aid olan gümüş sikkələr olduğu müəyyən edilib. 


Götürülmüş sikkələr saxlanılması üçün aidiyyəti üzrə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO