Yayın qurtarmasına az qalsa da metrodan istifadə edən sərnişinlərin kondisionerli qatar dərdi bitmək bilmir. Səhər saatlarında işə tələsənlər havanın və sıxlığın yaratdığı istidən yaxa qurtarmaq üçün kondisionerli qatarlara sığınmağa cəhd edirlər. Lakin bəzi vaxtlarda platformada gözləyən sərnişinlər ard-arda xəttə köhnə qatarların çıxdığından şikayət edirlər. Köhnə qatarlarda soyutma sistemi olmadığı üçün onlarla bir neçə stansiya yol getmək mümkün olmur.
Maraqlıdır, yeni qatarlar hansı ardıcıllıqla xəttə buraxılır?
Məsələyə aydınlıq gətirən “Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov Bizim.Media-ya deyib ki, qatarlar tərtib olunan cədvəl üzrə hərəkət edirlər:
MÖVZU İLƏ BAĞLI:
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ
“Hərəkət cədvəli tərtib olunur, qatarlar həmin cədvəl üzrə hərəkət edir. Misal üçün, bu gün qatar 1 saylı marşrutla hərəkət edirsə, sabah eyni qatar 1 saylı marşrutla hərəkət etmir. Orada müəyyən dövrə sistemi var ki, mürəkkəb izah olunan məslədir. Cədvəl sabit olaraq qalır, bu gün eyni saatda elektrik deposundan qatar xətdən çıxmalıdırsa, sabah yenə saat 10-da həmin qatar olmasa belə xəttə qatar daxil olur”.
Günay Şahmar, Bizim.Media