Rəqəmsal şəxsiyyət vəsiqəsi ilə bağlı rəsmi AÇIQLAMA: "2026-cı ilin sonunadək..."

Rəqəmsal şəxsiyyət vəsiqəsi ilə bağlı rəsmi AÇIQLAMA: "2026-cı ilin sonunadək..."

Hazırda oxunan: Rəqəmsal şəxsiyyət vəsiqəsi ilə bağlı rəsmi AÇIQLAMA: "2026-cı ilin sonunadək..."

209893

2026-cı ilin sonunadək Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal (digital) şəxsiyyət vəsiqəsindən istifadə etməcəyi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbirdə çıxış edərkən deyib.

Nazir müavininin sözlərinə görə, əhalinin 65 faizininin rəqəmsal vərdişlərinə yiyələnməsi əsas hədəflərdəndir: 
 

“2024-cü ilin sonunadək ölkədə bütün ev təsərrüfatlarını yüksək sürətli internetlə təmin etməyi planlaşdırırıq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. 


Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı, biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır", - deyə Samir Məmmədov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO