Tanınmış rəssam Aydın Rzaquliyev vəfat etdi – FOTO

Tanınmış rəssam Aydın Rzaquliyev vəfat etdi – FOTO

Hazırda oxunan: Tanınmış rəssam Aydın Rzaquliyev vəfat etdi – FOTO

209811

Tanınmış rəssam Aydın Rzaquliyev vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəsm Qalereyası məlumat yayıb. 

Qeyd edək ki, Aydın Rzaquliyev 7 iyun 1953-cü ildə Rusiyanın Krasnoyarsk vilayətində anadan olub.

O, 1973-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1983-cü ildə isə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda Şüşə və keramika fakültəsini bitirib. Rəssam 1983-cü ildən mütəmadi olaraq respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. O, "İki nəfər”, “Daşda həkk olunmuş Ay" və Azərbaycan nağıllarının qəhrəmanlarına həsr olunmuş keramik fiqurların müəllifi idi. 

Qeyd edək ki, Aydın Rzaquliyev Azərbaycan boyakarı, qrafiki Əməkdar rəssam Ələkbər Quliyevin oğlu idi. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO