Dərsdə telefonla oynayan şagirdlərin cəzalandırılması təklifinə sabiq nazirlərdən REAKSİYA

Dərsdə telefonla oynayan şagirdlərin cəzalandırılması təklifinə sabiq nazirlərdən REAKSİYA

Hazırda oxunan: Dərsdə telefonla oynayan şagirdlərin cəzalandırılması təklifinə sabiq nazirlərdən REAKSİYA

209796

Yunanistanda şagirdlərə telefondan istifadəylə bağlı yeni qadağa qoyulub. 

Məlumata görə, Yunanistanın Baş Naziri Kiriakos Mikotakos və Təhsil Naziri Kiryakos Pierrakakis arasında keçirilən iclasdan sonra bildirilib ki, şagirdlər məktəbə telefon gətirə bilərlər, ancaq dərs prosesi boyunca telefondan istifadə etmələri qadağandır. 

Həmçinin, qaydalara əməl etməyən məktəblilərin 1 günlük dərsdən uzaqlaşdırılması  nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Şagirdlərin məktəbdə mobil telefondan istifadəsi QADAĞAN EDİLMƏLİDİR?


Qeyd edək ki, bu cür qadağalar daha əvvəl başqa ölkələrdə də tətbiq olunub

Bəs belə bir qadağanın Azərbaycandakı məktəblərdə tətbiqinə ehtiyac var?

Bizim.Media məsələylə bağlı sabiq təhsil nazirlərinin fikirlərini öyrənib.

Professor, keçmiş təhsil naziri Firudin Cəlilov bildirib ki,  o, telefondan istifadə zamanı şagirdlərə 1 günlük uzaqlaşdırma cəzasının tətbiq olunmasının tərəfdarı deyil: 

“Şagirdlərə xəbərdarlıq etmək lazımdır ki, telefondan dərsdə yox, fasilələrdə istifadə etsinlər. Ancaq uzaqlaşdırma və ya bu kimi digər üsulların tətbiq edilməsi lazım deyil. Şagirdlərə sərbəstlik verilməlidir”. 

1998-2013-cü illərdə təhsil naziri kimi fəaliyyət göstərən professor Misir Mərdanov da telefondan istifadə edən şagirdlərin 1 günlük məktəbdən uzaqlaşdırılmasını doğru hesab etmir: 

“Bu, istənilən halda şagirdi məktəbdən uzaqlaşdırar. Şagirdlərin məktəbə daxil olduqda telefonu təhvil verib çıxış zamanı geri alması daha yaxşı olar. Düşünürəm ki, bu qaydaya baxılmalı, elan olunmalıdır”. 

Dərsdə telefonla oynayan şagirdlərlə necə rəftar olunmalıdır?

“Telefonlar dərs başlamazdan əvvəl şagirdlərdən yığılmalıdır. Bununla bağlı başqa çox üsul düşünmək olar, ancaq şagirdin 1 günlük dərsdən uzaqlaşdırılması düzgün deyil. Əgər telefon dərs başlamamışdan öncə  şagirddən alındığı təqdirdə, başqa nə cəza verilməlidir ki?”

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO