Ucarda qəza olub, xəsarət alanlar var - FOTO

Ucarda qəza olub, xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Ucarda qəza olub, xəsarət alanlar var - FOTO

209697

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun "dördyol" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. 
 

Ucar rayon sakini 37 yaşlı Tinel Ağahüseyn oğlu Cavadlının idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Yevlax rayon sakini 47 yaşlı Əzim Rafiq oğlu Məmmədovun idarə etdiyi "Nissan" markalı minik maşını toqquşub. 


Nəticədə Ucar rayon sakini 50 yaşlı Əhliman Vəli oğlu Məhərrəmov və Yevlax rayon sakini 38 yaşlı Amaliya Qəzənfər qızı Məmmədova xəsarət alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ucar rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO