Azərbaycana idxal olunan qida məhsulları üzərində nəzarət tədbirləri GÜCLƏNDİRİLİB

Azərbaycana idxal olunan qida məhsulları üzərində nəzarət tədbirləri GÜCLƏNDİRİLİB

Hazırda oxunan: Azərbaycana idxal olunan qida məhsulları üzərində nəzarət tədbirləri GÜCLƏNDİRİLİB

209684

Respublikamıza Rusiya, Türkiyə, Ukrayna, Belarus, Çin, İran, Hindistan və digər dövlətlər daxil olmaqla, 44 ölkədən balıq və başqa dəniz məhsulları, 26 ölkədən ev quşlarının əti, 23 ölkədən iribuynuzlu heyvanların əti, 20 ölkədən donuz əti idxal olunur. İdxal prosesi qida təhlükəsizliyi sahəsində qanunvericiliyə uyğun şəkildə tənzimlənir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, bu xüsusda cari ilin yanvar-iyul ayları ərzində respublikamıza xaricdən 21267 ton ev quşlarının əti, 7229 ton iribuynuzlu heyvanların əti, 6870 ton balıq və digər dəniz məhsulları, 2070 ton donuz əti idxal edilib. 

Ötən ilin eyni dövründə isə göstəricilər müvafiq olaraq 18050, 3866, 5803, 2367 olub.

Statistika göstər ki, cari ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə respublikamıza ev quşlarının əti 18%, iribuynuzlu heyvanların əti 87%, balıq və digər dəniz məhsulları 18% çox idxal edilib.
 

Bununla yanaşı, AQTA tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi də davam etdirilir. Ümumilikdə bu günədək 1221 belə müəssisə təsdiqlənib. Eləcə də 2024-cü il üzrə Rusiyanın 222 balıq, 49 heyvan və 42 quş əti, Türkiyənin 53 balıq və 9 heyvan əti, Belarusun isə 2 balıq müəssisəsinin ekvivalentliyi tanınıb və dövlət reyestrinə daxil edilib.


Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisinə yüksək risk qrupuna aid qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal olunduğu xarici obyektlər AQTA tərəfindən təsdiqlənməlidir. Bununla bağlı qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər. Müraciət əsasında həmin obyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilir.

Qiymətləndirmənin nəticəsinə uyğun olaraq obyekt təsdiq edilir və ya təsdiqdən imtina olunur.

AQTA bir daha bildirir ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə qida sahəsində idxal-ixrac əməliyyatları zamanı qida təhlükəsizliyi tələblərinin və istehlakçı hüquqlarının qorunması ilə bağlı zəruri tədbirlər davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO