Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsində qeydə alınıb.
Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
MÖVZU İLƏ BAĞLI:
BNA-dan gülünc AÇIQLAMA - “Avtobuslarda soyutma sistemi mərkəzləşdirilmiş qaydada işləyir”
"Hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün zəruri addımlar atılır. Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması halları ilə rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin bu cür qanunsuz əməllərə yol verənləri ictimai qınağa çəkməyə çağırırıq”,-deyə məlumatda qeyd edilib.
Bizim.Media