İsveç telekanalı Ağdamla bağlı film çəkdi

İsveç telekanalı Ağdamla bağlı film çəkdi

Hazırda oxunan: İsveç telekanalı Ağdamla bağlı film çəkdi

209492

İsveçin “Kunskapskanalen” telekanalı Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalı zamanı dağıdılmış Ağdamla bağlı film çəkib.

Bizim.Media xəbər verir ki, filmin əvvəlində bir vaxtlar regionun müasir və mütərəqqi mədəniyyət mərkəzi olan, sonradan “barıt çəlləyinə” çevrilərək tez bir zamanda kabus şəhərə bənzəyən Ağdamdan bəhs olunur.

"Azərbaycanda Qafqaz dağlarının kölgəsində qaranlıq keçmişi olan kabus şəhər yerləşir. Yaşıl ağacların arasında yüzlərlə dağıdılmış binanın xarabalıqları var. Bu, fəlakət filmindəki səhnəyə bənzəyən qorxunc bir mənzərədir. Yollar və küçələr boşdur, heç yerdə insan yoxdur", - flmdəki kadrarxası səs şəhərin indiki vəziyyətini belə təsvir edir.

Kimya mühəndisi Ceyqa Vays, yazıçı və tarixçi Dominik Selvud, eləcə də yazıçı və jurnalist Cim Meyds 1870-ci ildə tikilən, bir neçə silahlı münaqişədən zərər çəkməmiş çıxan və erməni əsgərləri tərəfindən artilleriya atəşini istiqamətləndirmək üçün gözətçi qülləsi kimi istifadə edilən məscidin hekayəsindən bəhs edirlər.

Filmdə həmçinin regionda həyatın tam canlanmasına mane olan mina probleminin miqyasından da bəhs edilir.

“Bu gün mina təhlükəsi səbəbindən yalnız əsas yollarla hərəkət etmək mümkündür. Əgər marşrutu dəyişdirmək istəyirsinizsə, əvvəlcə istehkamçılar ərazini yoxlamalıdırlar. Bu bölgədə bir vaxtlar yüz minlərlə mina basdırılmışdı”, - süjetdə bildirilir.

Filmin sonunda 2021-ci ilin mayında Baş planı təsdiqlənən şəhərin dirçəldilməsi barədə danışılır. Qeyd olunur ki, şəhərdə 100 min sakin yaşayacaq və şəhərin həyata dönməsi üçün ümid simvoluna çevrilmiş “Ağdam” futbol klubu yenidən burada çıxış edəcək.

"Ağdamdan demək olar ki, heç nə qalmayıb, amma bu qırğından heyrətamiz bir şey xilas olaraq onun gələcəyinə ümid verib - bu, şəhərin futbol komandasıdır. Bu yerlə bağlı klubun hələ də mövcud olması şəhərin yenidən həyata qayıdacağına ümid verir”, – sonda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO