Polad Bülbüloğlu deputat seçilsə, Şuşaya köçəcək? - Özündən AÇIQLAMA - VİDEO

Polad Bülbüloğlu deputat seçilsə, Şuşaya köçəcək? - Özündən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Polad Bülbüloğlu deputat seçilsə, Şuşaya köçəcək? - Özündən AÇIQLAMA - VİDEO

209473

“Mən onsuzda çalışıram ki, vaxtımın çoxunu Şuşada keçirim”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti, deputatlığa namizəd Polad Bülbüloğlu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Polad Bülbüloğlu: “Bəzi müşahidəçilər artıq öz mənfi rəyləri ilə gəliblər” – VİDEO


“Mən Şuşaya çox sıx gedirəm. Bilirsiniz ki, atamın ev-muzeyi orda fəaliyyət göstərir. Mən muzeyin fəaliyyətinə nəzarət edir, işlərin aparılmasına kömək edirəm”, - Xalq Artisti bildirib. 

O qeyd edib ki, keçən bazar günü Şuşada olub. 

“Şuşada çoxlu beynəlxalq tədbirlər keçirilir. Məndə bu tədbirlərdə qonaqların qarşılanmasında və digər işlərdə iştirak edirəm. Elə keçən bazar mən ordaydım. Şuşaya edilən səyahətlərin sayı o qədər artıb ki, artıq orada tıxaclar yaranmağa başlayıb. Biz də buna sevinirik. Bu torpaqların Azərbaycan mənəviyyatında böyük rolu var. Ona görə “Şuşa” sözü hər bir azərbaycanlı üçün doğmadır. Hər fürsət olan kimi ora səyahət edəcəm”, deputatlığa namizəd vurğulayıb. 

Qeyd edək ki, Polad Bülbüloğlu 24 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürüb.

O, bu gün 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO