Vətənə xəyanətdə ittiham olunan İqbal Əbilovun şikayəti TƏMİN EDİLMƏDİ

Vətənə xəyanətdə ittiham olunan İqbal Əbilovun şikayəti TƏMİN EDİLMƏDİ

Hazırda oxunan: Vətənə xəyanətdə ittiham olunan İqbal Əbilovun şikayəti TƏMİN EDİLMƏDİ

209275

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı İqbal Əbilovun həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən şikayətə baxılıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində baxılan şikayət təmin olunmayıb.

Qeyd edək ki, xarici ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO