Göygöldə AĞIR QƏZA – Ölən və yaralananlar var

Göygöldə AĞIR QƏZA – Ölən və yaralananlar var

Hazırda oxunan: Göygöldə AĞIR QƏZA – Ölən və yaralananlar var

209197

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, “VAZ 2106” markalı minik avtomobili ilə “Hyundai" markalı maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza zamanı "VAZ 2106"nın sürücüsü, Samux rayon sakini 1992-ci il təvəllüdlü R.Muradov hadisə yerində dünyasını dəyişib.

"VAZ"-ın sərnişini, Samux rayon sakini 1995-ci il təvəllüdlü Ə.Aslanov və "Hyundai" markalı maşının sürücüsü 1986-cı il təvəllüdlü T. Babayev və onun sərnişini 1989-cu il təvəllüdlü N.Həsənova xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO