Bizim.Media informasiya portalı tanınmış televiziya aparıcısı Emin Əfəndinin müəllifi olduğu “Danışır Əfəndi” layihəsinin yayım hüquqlarını əldə edib.
Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, layihə çərçivəsində hazırlanan “Həftənin analizi” verilişi Emin Əfəndinin təqdimatında hər həftənin cümə günü, axşam saatlarında
Bizim.Media-nın “Youtube” kanalında yayımlanacaq.
Həftəlik ictimai-siyasi proseslərin analizinin aparılacağı verilişin müddəti 15-30 dəqiqə arasında olacaq.
Qeyd edək ki, layihə hər həftənin cümə günü “ASAN Radio”da da yayımlanacaq.
Bizim.Media