"İranlılar deyirdi ki, zəlzələni Amerika süni şəkildə edir" - Qurban Yetirmişli

Hazırda oxunan: "İranlılar deyirdi ki, zəlzələni Amerika süni şəkildə edir" - Qurban Yetirmişli

209063

"Türkiyədə baş verən zəlzələ təbii hadisədir, süni yolla olmayıb".

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında bildirib.

 

“1990-cı ildə İranda zəlzələ olanda Sovet hakimiyyətindən icazə aldıq 17 nəfərlik heyətlə onlara kömək etdik. Onda iranlılar deyirdi ki, bunu Allah törədir, bəziləri də deyirdi ki, amerikalılar süni şəkildə edir. Lakin süni ilə təbii zəlzələni biz ayıra bilirik. İndi də bir çoxları deyir ki, Türkiyədə baş verən zəlzələ süni halda törədilib. Lakin bu, belə deyil, Türkiyədəki zəlzələ təbii hadisədir”. 

 

Əzizə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO