Ramazan - Fitrə zəkatı necə çıxılmalıdır və kimə verilməlidir?

Ramazan - Fitrə zəkatı necə çıxılmalıdır və kimə verilməlidir?

Hazırda oxunan: Ramazan - Fitrə zəkatı necə çıxılmalıdır və kimə verilməlidir?

20904

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır.

Orucun mühüm əməllərindən biri də fitrə zəkatının çıxılmasıdır. Məhz Ramazan ayının son günü, bayram axşamı şam namazından sonra bu ayin icra olunur.

QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.

Digər məsələ isə “fitrə zəkatını kimlər verə bilər” sualıdır.

Bildirilir ki, həddi buluğa çatmış fəqir olmayan hər kəs - özünün və onun himayəsində olan (çörəyini yeyən) şəxslər adından fitrə zəkatı çıxmalıdır. 

Fitrə zəkatının cinsi və miqdarı haqqında isə deyilir ki, hər bir şəxs üçün təqribən 3 kq buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və ya bunların dəyəri qədər pul. Yaxşı olar ki maddi vəziyyəti yaxşı olanlar ən bahalı olanını (yəni xurma və kişmişin) qiyməti dəyərini versinlər. 

Fitrə zəkatının verilmə vaxtı isə Bayram günü zöhr namazına qədər götürülür. 

Fitrə zəkatını kimə vermək olar: Müstəhəbdir ki, insan zəkat fitrəsini verəndə qohumu olan kasıbları başqalarından qabağa salsın, sonrakı mərhələdə fəqir qonşularına, sonra isə kasıb elm əhlinə versin. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, ağır durumda olan borcluya və s. də verilə bilər. 

İslamda fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil. Müəyyən işi və qazancı olsa da ailəni idarə etməyə kifayət etmir. Bir sözlə çox çətinliklə yaşayışını keçindirir.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO